Qubada 12 yaşadək futbolçular arasında keçirilən II “Ulduz Cup” beynəlxalq turnirinin qrup oyunlarına yekun vurulub.
İdman.biz xəbər verir ki, yarışda 7 ölkədən 12 komanda üç qrupda mübarizə aparıb.
Qrup mərhələsinin nəticələrinə əsasən növbəti mərhələyə “Neftçi” PFK, “Ulduz” FA, “Sabah” FK (hər üçü Azərbaycan), “Trabzonspor məktəbi”, “İstanbul Başakşəhər” FK (hər ikisi Türkiyə), “Bunyodkor” FK, “Paxtakor” FK (hər ikisi Özbəkistan) və “Dinamo Tbilisi” (Gürcüstan) vəsiqə qazanıblar.
Turnirin 1/4 final və yarımfinal oyunları sabah keçiriləcək. 3-cü yer uğrunda və final görüşləri isə avqustun 28-də baş tutacaq.
Qeyd edək ki, oyunlar Gənclər və İdman Nazirliyinin “YouTube” kanalında canlı yayımlanır.
İdman.biz