"Qarabağ"ın rəhbərliyi “Portimonense”nin idman direktoru ilə görüşüb

Xəbərlər
26 Avqust 2025 23:48
44
"Qarabağ"ın rəhbərliyi “Portimonense”nin idman direktoru ilə görüşüb

"Qarabağ"la Portuqaliya təmsilçisi “Portimonense” arasında əməkdaşlıq inkişaf etdiriləcək.

İdman.biz xəbər verir ki, bu məqsədlə Pireney klubunun idman direktoru Fernando Yamada ölkəmizə səfər edib.

Ağdam klubunun baş direktoru, İdarə Heyətinin üzvü Emrah Çelikel və İdarə Heyətinin üzvü Asif Əsgərov qonaqla görüşüblər. Fernando Yamada “Portimonense”nin prezidenti Rodiney Sampayonun salamlarını çatdırıb. Klub rəhbərləri Kamilo Duranın transferi ilə bağlı görüşmələr zamanı yaranan isti münasibəti növbəti səviyyəyə çatdırmaq üçün belə görüşün də zəruriliyini dilə gətiriblər və ilk olaraq Portuqaliya təmsilçisi Bakıya dəvət olunub.

Klubların rəsmiləri arasında əməkdaşlıq və digər mövzularda müzakirələr aparılıb. Idarə Heyətimizin üzvləri qonaqla xatirə şəkli çəkdiriblər.

İdman.biz