Dünyanın ən çox maaş verən klubları bəlli olub - SİYAHI/FOTO

Xəbərlər
27 Avqust 2025 02:00
47
Dünyanın ən çox maaş verən klubları bəlli olub - SİYAHI/FOTO

2025/2026-cı illər mövsümündə ən çox maaş ödəyən klubların siyahısı bəlli olub.

İdman.biz Capology data-ya istinadən xəbər verir ki, "Real" bu göstəricidə lider mövqeyində qərarlaşıb.

Madrid klubun illik orta maaşı 11,2 milyon avro təşkil edib. Ötən mövsümdə isə bu rəqəm 12 milyon avro olub. Siyahıda ikinci pillədə "Barselona" (7,91 milyon), üçüncü yerdə isə "Mançester Siti" (7,43 milyon) yer alıb.

Növbəti yerləri "Bavariya" (7,38 milyon), PSJ və "Arsenal" (hər iksi - 7 milyon), "Liverpul" və "Mançester Yunayted" (hər iksi - 6 milyon), "Çelsi" və "Tottenhem" (hər iksi - 4,5 milyon) tutublar.

İdman.biz