Çempionlar Liqası: Pley-offun cavab görüşləri başlayır

Xəbərlər
26 Avqust 2025 09:09
97
Çempionlar Liqası: Pley-offun cavab görüşləri başlayır

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinə start veriləcək.

İdman.biz xəbər verir ki, ilk oyun günündə 3 matç keçiriləcək.

İlk qarşılaşma Qazaxıstanda baş tutacaq. Ardınca Kipr və Avstriyada da mərhələ adlayacaq klubların adlarına aydınlıq gələcək.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
26 avqust

20:45. "Kayrat Almatı" (Qazaxıstan) - "Seltik" (Şotlandiya)
İlk oyun - 0:0

23:00. "Pafos" (Kipr) - "Srvena Zvezda" (Serbiya)
İlk oyun - 2:1

23:00. "Şturm Qrats" (Avstriya) - "Budö Qlimt" (Norveç)
İlk oyun - 0:5

Qeyd edək ki, pley-off mərhələsinin daha 4 cavab görüşü avqustun 27-də keçiriləcək. "Qarabağ" Macarıstanda 3:1 hesabı ilə məğlub etdiyi "Ferentsvaroş"u Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

İdman.biz