"Mançester Yunayted" "Betis"lə razılaşıb

Xəbərlər
26 Avqust 2025 23:21
32
"Mançester Yunayted" "Betis"lə razılaşıb

"Mançester Yunayted"in hücumçusu Antoni yenidən "Betis"də çıxış edəcək.

İdman.biz xəbər verir ki, klublar arasında ilkin danışıqlar uğurla başa çatıb.

İngiltərə təmsilçisi braziliyalı futbolçunun transfer edilməsinin tərəfdarıdır. "Betis" isə ötən mövsüm olduğu kimi, Antonini icarə götürməyi arzulayır. Amma Sevilya klubu müqavilədə satınalma maddəsinə əlavə olunmasının əleyhinə deyil.

Qeyd edək ki, yanvar ayından "Betis"də oynayan 25 yaşlı futbolçu bütün turnirlərdə 26 oyunda 9 qol və 5 ötürmə ilə yadda qalıb.

İdman.biz