Soler İspaniyaya dönür

Xəbərlər
26 Avqust 2025 21:49
34
Soler İspaniyaya dönür

PSJ-nin formasını geyinən Karlos Soler İspaniyaya dönə bilər.

İdman.biz xəbər verir ki, 28 yaşlı futbolçu ilə "Real Sosyedad" maraqlanır.

Ötən mövsümü icarə əsasında "Vest Hem"də keçirən Karlosun Paris klubu ilə 2027-ci ilin yayına kimi müqaviləsi var. Təcrübəli yarımmüdafiəçi əvvəllər "Valensiya"da çıxış edib və yenidən İspaniyada oynamağın əleyhinə deyil.

Qeyd edək ki, Soler ötən mövsümdə London klubunun heyətində 31 oyunda bir dəfə fərlqənib.

İdman.biz