"Ferentsvaroş"un futbolçusu: "Bakıya "Qarabağ"ı məğlub etmək üçün gəlmişik"

Xəbərlər
26 Avqust 2025 21:23
49
"Ferentsvaroş"un futbolçusu: "Bakıya "Qarabağ"ı məğlub etmək üçün gəlmişik"

"Ferentsvaroş" komandası Bakıya "Qarabağ"ı məğlub etmək üçün gəlib.

İdman.biz Report.az-a istinadən xəbər verir ki, bunu Macarıstan təmsilçisi "Ferentsvaroş"un futbolçusu Toon Raemaekers mətbuat konfransında deyib.

O, "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl fikirlərini bölüşüb:"Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Bakıya qələbə qazanmaq üçün gəlmişik. İlk görüşdə bəxtimiz gətirmədi. Düşünürəm ki, cavab matçında eyni səhvlərə yol verməyəcəyik".

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

İdman.biz