PSJ son anda məğlubiyyətdən xilas olub, "Atletiko" və "Barselona" növbəti mərhələdə - VİDEO

Xəbərlər
29 Noyabr 2023 01:59
199
PSJ son anda məğlubiyyətdən xilas olub, "Atletiko" və "Barselona" növbəti mərhələdə - VİDEO

Bu gün Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.

İdman.biz xəbər verir ki, mərkəzi görüş Milanda olub.

Şəhərin eyniadlı klubu öz meydanında Dortmund “Borussiya”sına uduzub. Məhsuldar keçən qarşılaşmada qonaq komanda 3:1 hesabı ilə qələbə qazanıb. 3 xal Almaniya təmsilçisini 1/8 finala yüksəldib. F qrupunun digər görüşündə PSJ öz meydanında “Nyukasl”la heç-heçə oynayıb. Parislilər 90+8-ci dəqiqədə penalti sayəsində məğlubiyyətdən xilas olublar. Bir xal onları ikinci pillədə saxlayıb. Komandaya son görüşdə Dortmundda bir xal da kifayət edə bilər.

“Latsio” qrup sonuncusu “Seltik”lə üz-üzə gəlib. Qələbə meydan sahiblərini ikinci pilləyə yüksəldib. "Feyenoord"u məğlub edən "Atletiko" qrupda ilk iki yerdən tutmaq vəzifəsinin öhdəsindən gəlib.

Turnirin qalibi "Mançester Siti" ardıcıl 5-ci qələbəsini qazanıb. "Şəhərlilər" 0:2 hesabı ilə uduzsalar da, böyük əzimkarlıq nümayiş etdiriblər.

H "Portu"nu məğlub edən "Barselona" növbəti mərhələyə yüksəlmək vəzifəsinin öhdəsindən gəlib.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur
28 noyabr
E qrupu
21:45. “Latsio” – “Seltik” - 2:0
Qollar:
İmmobile, 82; 85

00:00. “Feyenoord” – “Atletiko” - 1:3
Qollar:
Vieffer, 77. Geertruida, 14 (öz qapısına). Hermoso, 57. Ximenes, 81 (öz qapısına)

Xal durumu: “Atletiko” – 11, “Latsio” – 10, “Feyenord” – 6, “Seltik” – 1 xal.

F qrupu
00:00. “Milan” – “Borussiya” D - 1:3
Qollar:
Çukvueze, 37 - Reus, 10. Binoe-Gittens, 59. Adeyemi, 69

00:00. PSJ – “Nyukasl” - 1:1

Qollar: Mbappe, 90+8 - İsak, 24

Xal durumu: “Borussiya” – 10, PSJ – 7, “Nyukasl” – 5, “Milan” – 5 xal.

G qrupu
00:00. “Mançester Siti” – “Leypsiq” - 3:2
Qollar:
Holland, 55. Foden, 70. Alvarez, 87 - Openda, 13; 33

00:00. “Yanq Boyz” – “Srvena Zvezda” - 2:0
Qollar:
Nedelykoviç, 8. Blum, 29

Xal durumu: “Mançester Siti” – 15, “Leypsiq” – 9, “Yanq Boyz” – 4, “Srvena Zvezda” – 1 xal.

H qrupu
21:45. “Şaxtyor” – “Antverpen” - 1:0
Qol:
Matviyenko, 12
00:00. “Barselona” – “Porto” - 2:1
Qollar:
Kanselo, 32. Joao Feliks, 57 - Pepe, 30
Xal durumu: “Barselona” – 12, “Porto” – 9, “Şaxtyor” – 9, “Antverpen” – 0 xal.

İdman.biz