“Bayer”in futbolçusu İbrahim Maza bir neçə Avropa top-klubunun maraq dairəsinə düşüb.
İdman.Biz “Goal” nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçunu “Arsenal”, “Mançester Yunayted”, “Mançester Siti” və Madrid “Atletiko”su izləyirlər. Klubların nümayəndələri oyunçunun ətrafı ilə əlaqə saxlayır və onun mümkün transferi ətrafındakı vəziyyəti izləyirlər.
“Bayer” Mazanı təxminən 70 milyon avro qiymətləndirir və futbolçunu satmaq məcburiyyətində deyil, çünki leverkuzenlilərlə onun müqaviləsi 2030-cu ilin iyununa qədər qüvvədədir.
Maza 2025-ci ilin yayında “Herta”dan “Bayer”ə keçib. Onun əsas mövqeyi hücumameyilli yarımmüdafiəçidir, lakin o, həmçinin mərkəzdə və cinahlarda da oynaya bilir.
Əlcəzair millisinin heyətində Maza 21 matç keçirib və iki qol vurub.
