İstanbulda qalib müəyyənləşmədi: “Kasımpaşa” və “Konyaspor” xalları bölüşdü

18 Sentyabr 2026 22:59
99
İstanbulda qalib müəyyənləşmədi: “Kasımpaşa” və “Konyaspor” xalları bölüşdü

İstanbulda “Kasımpaşa” və “Konyaspor” arasında keçirilən Türkiyə Super Liqasının altıncı turunun açılış matçı qolsuz heç-heçə ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, gərgin keçən qarşılaşmada hər iki komanda hesabı açmaq üçün bir neçə yaxşı qol vəziyyəti yaratsa da, bunlardan yararlana bilməyib.

Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran “Kasımpaşa” turnir cədvəlində dördüncü pilləyə yüksəlib. “Konyaspor” isə xalını dördə çatdıraraq 13-cü sırada qərarlaşıb.

İdman.Biz