Fransa millisinin baş məşqçisi Zinəddin Zidan futbolçu Karim Benzemanın milli komandaya mümkün qayıdışını şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis Madridin “Real” klubunda birlikdə böyük uğurlar qazandıqları 38 yaşlı hücumçuya heyranlığını ifadə edib, lakin milli komandanın heyətinin cavanlaşdırılması ilə bağlı hazırkı kursa diqqət çəkib.
“Mən onunla Madriddə əla illər keçirmişəm. Ona heyranam, lakin məhz indi milli komandada daha gənc oyunçuları görməliyəm. Bu, onun nə Fransa millisindəki, nə də klub səviyyəsindəki xidmətlərini heç də azaltmır”, – deyə Zidan mətbuat konfransında bildirib.
