"Fənərbaxça" İzmirdə xal itirib - VİDEO

Xəbərlər
17 Avqust 2025 00:31
36
"Fənərbaxça" İzmirdə xal itirib - VİDEO

Türkiyə Superliqasında 2-ci turun üç oyunu keçirilib.

İdman.biz xəbər verir ki, bu matçlarda qapılara cəmi bir qol vurulub.

"Fənərbaxça" İzmirə səfər edib. İlk turda oyunu təxirə salınan Joze Mourinyonun komandası "Göztəpə"nin qonağı olub. Görüş 0:0 hesabı ilə başa çatıb. Anderson Taliska 90+3-cü dəqiqə penalti zərbəsindən istifadə edə bilməyib.

Turun yeganə topu "Kocaelispor" - "Samsunspor" matçında qeydə alınıb. Qonaq komanda qalib gəlib.

Türkiyə Superliqası
2-ci tur
15 avqust

20:00. "Kocaelispor" - "Samsunspor" - 0:1

22:30. "Alanyaspor" - "Rizespor"- 0:0
22:30. "Göztəpə" - "Fənərbaxça"- 0:0

İdman.biz