“Barselona” ilə qapıçı Mark-Andre ter Ştegenar asında yaranmış problem həll olunub.
İdman.biz xəbər verir ki, almaniyalı qapıçı Kataloniya klubunun tibbi heyətinin tələb etdiyi sənədləri imzalayıb.
Cərrahiyyə əməliyyatından sonra Mark klubun həkimlərini evinə buraxmaqdan imtina edib. Bundan sona “Barselona” rəsmi şəkildə intizam araşdırması səbəbilə almaniyalı qapıçının kapitanlıq sarğısından məhrum edildiyini açıqlamışdı.
Qeyd edək ki, ter Ştegen lazım olan sənədləri imzalayıb. Kapitan sarğısı almaniyalı qolkiperə qaytarılıb.
İdman.biz