"Qalatasaray" Moratanın transferinə razılaşıb

Xəbərlər
7 Avqust 2025 00:34
53
"Qalatasaray" Moratanın transferinə razılaşıb

"Qalatasaray" Alvaro Moratanın "Komo"ya transferinə yaşıl işıq yandırıb.

İdman.biz xəbər verir ki, yayda "Milan"dan icarəyə götürülən ispaniyalı hücumçunun istanbullularla daha bir il müqaviləsi olub.

"Komo" 3 milyon avro "Qalatasaray"a, 12 milyon avro isə "Milan"a ödəniş edəcək.

Qeyd edək ki, Morata İstanbul klubunda 12 oyunda 6 dəfə fərqlənib.

İdman.biz