MLS Liqasında rekord transfer

Xəbərlər
5 Avqust 2025 22:19
119
MLS Liqasında rekord transfer

Son Hın Minin "Los Anceles"ə keçidi ABŞ MLS Liqasının rekordu ilə yadda qalıb.

İdman.biz xəbər verir ki, amerikalılar bu transferə 27 milyon xərcləyiblər.

"Tottenhem"dən "Los Anceles"ə keçən cənubi koreyalı futbolçu liqanın ən bahalı transferi kimi tarixə düşüb. Sonla 3 illik müqavilə bağlanıb. Bundan əvvəlki rekord Emanuel Latte Lataya məxsus olub. O, 22 milyon avroya "Midsbro"dan "Atlanta Yunayted"ə keçib.

Qeyd edək ki, 2015-ci ildən "Tottenhem"də çıxış edən Hın Min komandanın heyətində 454 oyun keçirib. O, 173 qol və 101 ötürmə ilə yadda qalıb.

İdman.biz