FIFA U-15 dünya çempionatını 81 hakim idarə edəcək

22 Oktyabr 2026 13:49
149
FIFA U-15 dünya çempionatını 81 hakim idarə edəcək

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatı və festivalında oyunları idarə edəcək hakimlərin sayı açıqlanıb.

AFFA-dan İdman.Biz-in sorğusuna cavab olaraq bildirilib ki, yarışda ümumilikdə 81 hakim fəaliyyət göstərəcək.

Onlardan 75-i Azərbaycan, altısı isə Türkiyə və Gürcüstan təmsilçiləri olacaq.

Millimizin iştirakı ilə keçiriləcək qarşılaşmaların idarəçiliyi əcnəbi hakimlərə həvalə ediləcək.

Qeyd edək ki, turnir Hövsan Yarış Kompleksində baş tutacaq. Mundialın açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək.

Oktyabrın 30-da yekunlaşacaq yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.

İdman.Biz