Rövşən Nəcəf: “Ölkəmiz FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırdır” - FOTO

22 Oktyabr 2026 13:12
109
Rövşən Nəcəf: “Ölkəmiz FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırdır” - FOTO

AFFA prezidenti Rövşən Nəcəf Azərbaycanın FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi etməyə hazır olduğunu bildirib.

İdman.Biz xəbər verir ki, o, bu barədə şəxsi “Instagram” hesabında paylaşım edib.

“Ölkəmiz FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırdır! Dünyanın 189 ölkəsindən gənc futbolçuların qatılacağı bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq.

İnanıram ki, bu tədbir iştirakçılara beynəlxalq təcrübə, yeni dostluqlar və unudulmaz anlar qazandıracaq. Millimiz də daxil olmaqla, bütün komandalara uğurlar arzulayıram. Əziz gənc futbolçular, böyük həvəslə oynayın, ədalətli mübarizə aparın və hər anından zövq alın. Bəlkə də gələcəyin futbol ulduzları ilk böyük addımlarını məhz burada atacaqlar. Azərbaycana, Bakıya xoş gəlmisiniz!” - deyə AFFA prezidenti vurğulayıb.

Qeyd edək ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 22-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnurin açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək.

Yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.

İdman.Biz