İspaniyanın “Barselona” futbol komandasının sabiq müdafiəçisi Jerar Pike İspaniya çempionatında “Real”la keçiriləcək “El-Klasiko” öncəsi maraqlı proqnoz verib.
İdman.Biz xəbər verir ki, keçmiş futbolçu “TikTok” hesabında iki komandanın oyunçularını müqayisə etdiyi video yayımlayıb.
Pike müqayisələrin əksəriyyətində “Barselona” futbolçularına üstünlük verib. O, Joan Qarsiyanı Tibo Kurtuadan, Pedrini Federiko Valverdedən, Lamin Yamalı isə Cud Bellingemdən üstün hesab edib.
Ən çox diqqət çəkən seçimlərdən biri Qordonu Kilian Mbappedən üstün tutması olub. Sabiq müdafiəçi paylaşımını istehzalı şəkildə “Həmişə obyektivəm” sözləri ilə yayımlayıb.
Pike qarşıdakı “El-Klasiko”nun nəticəsi ilə bağlı da iddialı proqnoz səsləndirib:
“Joze Mourinyo ilk dəfə “Kamp Nou”ya gələndə 5:0 hesabı ilə məğlub olmuşdu. Mən isə bu dəfə 4:1 hesabını proqnozlaşdırıram”.
Qeyd edək ki, “Barselona” - “Real” qarşılaşması oktyabrın 25-də “Spotify Kamp Nou” stadionunda keçiriləcək.
