İkardinin menecerindən etiraf: “Madriddəyəm”

Xəbərlər
26 Noyabr 2023 13:17
337
İkardinin menecerindən etiraf: “Madriddəyəm”

“Qalatasaray”ın hücumçusu Mauro İkardinin “Real”ın maraq dairəsinə düşüb.

İdman.biz xəbər verir ki, argentinalı futbolçunun meneceri Elio Letterio Pino bu xəbəri təsdiqləyib.

O, hazırda Madriddə olduğunu bildirib: “Mən hazırda Madriddəyəm. Amma klubdan hər hansı rəsmi təklif almamışıq. “Real”la daimi əlaqədəyik”. Yayılan xəbərlərə görə, “Real” İkardini zədəli Vinisius Junioru əvəzləmək üçün transfer etmək istəyir.

Qeyd edək ki, hazırki mövsümdə İkardi “Qalatasaray”ın heyətində 21 oyunda meydana çıxıb. O, bu qarşılaşmalarda 16 qol vurub, 5 ötürmə edib.

İdman.biz