"Nyukasl"ın Şeşko planı

Xəbərlər
25 İyul 2025 21:49
55
"Nyukasl"ın Şeşko planı

"Nyukasl" Aleksander İsak komandadan ayrılacağı təqdirdə Benjamin Şeşko ilə müqavilə bağlaya bilər.

İdman.biz xəbər verir ki, "sağsağanlar" "Leypsiq"in hücumçusu ilə danışıqlara başlayıblar.

Tərəflər bununla bağlı Almaniya təmsilçisini məlumatlandırıblar. Hər şey "Əl-Hilal" və "Liverpul"un maraq dairəsində olan İsakın qərarından sonra bəlli olacaq. Şeşkonun "Leypsiq"lə 2029-cu ilin yayına kimi müqaviləsi var. Onun 80-100 milyon avro qarşılığında keçidinə yaşıl işıq yandırılacaq.

Qeyd edək ki, Benjamiin ötən mövsümdə 45 matçda 21 qol vurub və 6 ötürmə verib.

İdman.biz