"Bayer" ərəblərin təklifi ilə razılaşmayıb

Xəbərlər
15 İyul 2025 20:37
37
"Bayer" ərəblərin təklifi ilə razılaşmayıb

"Bayer" "Neom" klubunun Qranit Caka üçün verdiyi təklifdən imtina edib.

İdman.biz xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisinin 8 milyonluq təklifi qarşı tərəfi qane etməyib.

Almanlar bu keçiddən ən azı 15 milyon avro gəlir əldə etmək arzusundadırlar. Caka ilə "Fənərbaxça" da maraqlanır. İsveçrə yığmasının yarımmüdafiəçisi komandanı tərk etmək istədiyini klub rəhbərliyinin diqqətinə çatdırıb.

Qeyd edək ki, Qranit 2024/2025 mövsümündə 49 oyunda iki və doqquz ötürmə fərqlənib.

İdman.biz