“Qalatasaray” klubunun keçmiş futbolçuları dələduzluğun qurbanı olublar.
İdman.biz xəbər verir ki, onlar yerli banklardan birinin filial müdiri olan Seçil Erzan tərəfindən aldadıldıqlarını iddia ediblər.
İttihamnaməyə əsasən, Erzan özünə yaxın insanların etibarından sui-istifadə edərək, ümumilikdə 45 milyon dollar mənimsəyib.
Şikayətçilər arasında “Qalatasaray”ın keçmiş futbolçuları Selçuk İnan, Emre Çolak, Emre Belözoğlu, Arda Turan, Fernando Muslera, Fatih Terim, qızı Buse Terim onun həyat yoldaşı Volkan Bahçekapılı, Hakan Ateş, keçmiş klub tərcüməçisi Musa Mert Çətin və Əmrə Çolakın adları yer alıb.
Məhkəmədə ifadə verən şübhəli özünü müqəssir bilməyib, sadəcə onun da kimlərsə tərəfindən aldadıldığını deyib.
Qeyd edək ki, İstanbul Prokurorluğunun hazırladığı ittihamnamədə 18 şikayətçinin ümumilikdə 25 milyon 770 min dollar və 7 milyon 384 min lirə aldadıldığı bildirilib.
Seçil Erzanın 66 ildən 216 ilə qədər, bu işdə əli olan digər 6 şübhəli üçün isə 3 ildən 65 ilə qədər həbs cəzası istənilib.
İdman.biz