Coy-Lens Mikels: “Mançester Yunayted”i təəccübləndirə bilərik”

10 Sentyabr 2026 00:46
104
Coy-Lens Mikels: “Mançester Yunayted”i təəccübləndirə bilərik”

“Sabah” klubunun hücumçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, futbolçu matçöncəsi mətbuat konfransında öz oyununu oynamağa çalışacaqlarını bildirib.

“Baş məşqçimizin də dediyi kimi, indi Çempionlar Liqasındayıq. Daha əvvəl heç vaxt Avropa turnirlərində çıxış etməmişik. Amma oyunumuzu göstərmək üçün özümüzə çox inanırıq və bunu bütün dünyaya nümayiş etdirmək istəyirik.

Öz futbolumuzu oynamağa çalışacağıq. Bilirik ki, çətin olacaq. “Mançester Yunayted” yaxşı komandadır. Amma oyun 90 dəqiqə davam edir, görək nə olacaq.

Əgər öz futbolumuzu oynaya və “Mançester Yunayted” üçün oyunu bir qədər çətinləşdirə bilsək, onları təəccübləndirə bilərik”, – deyə Coy-Lens Mikels bildirib.

Qeyd edək ki, “Mançester Yunayted” – “Sabah” matçı sentyabrın 10-da “Old Trafford” stadionunda keçiriləcək.

İdman.Biz