Ronaldu dayanmır: daha bir qol - VİDEO

10 Sentyabr 2026 00:06
102
Ronaldu dayanmır: daha bir qol

Səudiyyə Ərəbistanı çempionatının altıncı turunda “Əl-Nəsr” “Abha”nı 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, görüşün 22-ci dəqiqəsində meydan sahiblərinin heyətində Kriştiano Ronaldu hesabı açıb. Portuqaliyalı hücumçu künc zərbəsindən sonra başla topu rəqib qapısından keçirib.

Bu, 41 yaşlı futbolçunun klub və milli komanda səviyyəsində rəsmi matçlarda karyerasının 979-cu qolu olub. Ronaldu 1000 qol həddinə çatmaq üçün daha 21 dəfə fərqlənməlidir.

Qeyd edək ki, Ronaldu rəsmi oyunlarda ən çox qol vuran futbolçu hesab olunur. İkinci pillədə 927 qolu olan Lionel Messi qərarlaşıb.

İdman.Biz