“Barselona”nın futbolçusu Rodri “Valensiya”nın ünvanına səsləndirdiyi sərt sözlərdən sonra komandanın oyunçularından və azarkeşlərindən üzr istəyib.
İdman.Biz “The Touchline”yə istinadən xəbər verir ki, Rodri üzr istəmək rəqib komandanın futbolçusu Qaye ilə danışdığını deyib.
“Sözlərimlə qəlbini qırdığım hər kəsdən – həm oyunçulardan, həm də azarkeşlərdən üzr istəyirəm. Üzr istəmək üçün artıq dostum Qaya ilə də danışmışam. Bu, anlıq emosional reaksiya idi və ümid edirəm ki, “Valensiya” layiq olduğu yerə qayıda biləcək”, – deyə Rodri bildirib.
İspaniya La Liqasının dördüncü turu matçında kameralar futbolçunun “Valensiya”nın “sadəcə dəhşətli” oynadığı barədə dediyi sözləri qeydə alıb. Qarşılaşma kataloniyalıların 5:0 hesablı darmadağın qələbəsi ilə başa çatıb.
İspaniya çempionatında dörd turdan sonra “Valensiya” turnir cədvəlində sonuncu yeri tutur.
