Lionel Messi ilin sonunda "İnter Mayami"ni tərk edə bilər.
İdman.biz xəbər verir ki, argentinalı ulduz daha rəqabətli komandada oynamaq arzusundadır.
38 yaşlı futbolçu DÇ-2026-ya daha hazır vəziyyətdə olmaq üçün bu addımı atmağı planlaşdırır. Messi təxminən 6 ay Avropanın aparıcı çempionatlarından birində çıxış etməsi mümkündür. Leonun kapitanı olduğu Argentina yığması 2022-ci ildə Qətərdə qazanılmış dünya çempionu titulu qorumağı hədəfləyib.
Qeyd edək ki, gələn il baş tutacaq mundiala ABŞ, Kanada və Meksika evsahibliyi edəcək.
İdman.biz