Niderland tarixində ilk dəfə

Xəbərlər
27 İyun 2025 00:20
29
Niderland tarixində ilk dəfə

19 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının qalibi bəlli olub.

İdman.biz xəbər verir ki, Rumıniyada keçirilən turnirin finalında İspaniya və Niderland komandaları üz-üzə gəliblər.

Görüşün taleyini bir qol həll edib. İspaniyalı Raul Ximenesin avtoqolu "narıncılar"a 1:0 hesablı qələbə qazandırıb. Niderland yığması tarixində ilk də U-19 Avropa çempionatının baş mükafatına sahib olub. 55 il sonra finala çıxan komanda titulu qazanmağı bacarıb.

Son çempion İspaniya isə 5-ci dəfə final məğlubiyyəti yaşayıb. Hesabında 12 çempionluq olan "Qırmızı furiya" bu göstəricidə lider mövqeyində qərarlaşıb.

İdman.biz