ABŞ-da keçirilən klublararası dünya çempionatında C qrupunda lider son turda dəyişib.
İdman.biz xəbər verir ki, ilk pillədə qərarlaşan "Bavariya" "Benfika" ilə qarşılaşıb.
Oyunun taleyini 1 qol həll edib. 13-cü dəqiqədə hesabı açan Lissabon klubu üstünlüyünü sonadək qoruyub. Bu qələbə "Benfika"nı qrup lideri edib. "Bavariya" 6 xalla ikinci olub.
Bundan sonra qrupun "Oklend Siti" - "Boka Xuniors" matçının nəticəsinin heç bir əhəmiyyəti olmayıb.
Klublararası dünya çempionatı
Qrup mərhələsi, C qrupu
3-cü tur
24 iyun
23:00. "Benfika" - "Bavariya" - 1:0
23:00. "Oklend Siti" - "Boka Xuniors" - 1:1
1 |
Benfika |
3 |
2 |
1 |
0 |
9-2 |
7 |
2 |
Bavariya |
3 |
2 |
0 |
1 |
12-2 |
6 |
3 |
Boka Xuniors |
3 |
0 |
2 |
1 |
4-5 |
2 |
4 |
Oklen Siti |
3 |
0 |
1 |
2 |
1-17 |
1 |
İdman.biz