Madrid “Real”ının və Fransa millisinin yarımmüdafiəçisi Orelyen Tçuameni 2026-cı il “Qızıl top” mükafatına əsas namizəd hesab etdiyi futbolçuların adlarını açıqlayıb.
İdman.Biz xəbər verir ki, futbolçu “France 24”ə müsahibəsində Kilian Mbappe, Usman Dembele və Maykl Oliseni fərqləndirib.
“Çətin sualdır, çünki buna layiq olan çoxlu oyunçu var. Kilian Mbappenin möhtəşəm mövsümü oldu və məncə, o, bu mükafata layiqdir. Usman Dembele də PSJ-nin heyətində göstərdiyi oyundan və UEFA Çempionlar Liqasındakı növbəti zəfərindən sonra bu mükafata tam layiqdir.
Həmçinin Maykl Olise də var. Sadaladıqlarımın hamısı fransızdır? Əlbəttə! “Qızıl top” Fransaya qayıtmalıdır”, – deyə Tçuameni bildirib.
Qeyd edək ki, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.
