“Milan”ın futbolçusu Luka Modriç Lionel Messinin Argentina millisindəki karyerasını başa vurmasına münasibət bildirib.
İdman.Biz xəbər verir ki, xorvatiyalı futbolçu Messinin milli komanda ilə qazandığı uğurları yüksək qiymətləndirib.
“Messi unikal oyunçudur. Nə demək olar? Onun karyerasını bitirməsi təəssüf doğurur, lakin bu, onun qərarıdır və biz ona hörmət etməliyik. O, milli komanda ilə inanılmaz uğurlara imza atdı, arzusunda olduğu dünya çempionatını qazandı və dünyanın ən yaxşı oyunçularından biridir. Messinin oyununu izləmək böyük zövq idi”, - deyə Modriç bildirib.
Xorvatiyalı yarımmüdafiəçi Messi ilə qarşılaşdığı oyunları da xatırlayıb:
“Lakin ona qarşı oynamaq - həm millidə, həm də “Real”ın heyətində - mənə xeyli əzab verirdi! Yenə də, düzünü desəm, onun oyununa baxmaq xoş idi, çünki o, unikal futbolçudur. Ona uğurlar arzulayıram”.
