“Arsenal”ın futbolçusu Deklan Rays London klubu ilə yeni uzunmüddətli müqavilə bağlamağa yaxındır.
İdman.Biz xəbər verir ki, bu barədə BBC jurnalisti Sami Mokbel məlumat yayıb.
Yeni müqaviləyə əsasən, Raysın hazırda həftəlik 240 min funt-sterlinq təşkil edən maaşının əhəmiyyətli dərəcədə artırılması gözlənilir. Onun yeni məvacibinin həftədə təxminən 350 min funt-sterlinq olacağı bildirilir. Bu halda Rays komandanın ən çox maaş alan futbolçusu Bukayo Saka ilə eyni səviyyəyə çatacaq.
Qeyd edək ki, Deklan Rays 2023-cü ilin iyulunda “Vest Hem Yunayted”dən “Arsenal”a keçib. Transferin zəmanətli ödəniş məbləği 100 milyon funt-sterlinq, bonuslarla birlikdə ümumi dəyəri isə 105 milyon funt-sterlinq təşkil edib.
