Mourinyo növbəti oyunda Vinisiusu ehtiyatda saxlaya bilər

8 Oktyabr 2026 01:05
74
Mourinyo növbəti oyunda Vinisiusu ehtiyatda saxlaya bilər

Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo İspaniya La Liqasının səkkizinci turunda “Vilyareal”la qarşılaşmada start heyətində dəyişiklik etməyi nəzərdən keçirir.

İdman.Biz “The Athletic”ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Vinisius Junioru qarşıdakı görüşdə ehtiyatda saxlaya bilər.

Məlumat görə, onun əvəzinə Yan Diomandenin ilk dəqiqələrdən meydana çıxması gözlənilir. Bildirilir ki, bu rotasiya artıq qarşıdakı matç üçün planlaşdırılır.

Qeyd edək ki, “Real” – “Vilyareal” qarşılaşması oktyabrın 10-da “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.

İdman.Biz