"Milan" Teo Ernandesin transferi ilə bağlı "Əl-Hilal"la razılığı gəlib.
İdman.biz xəbər verir ki, İtaliya təmsilçisi bu keçiddən 25 milyon avro və bonuslar əldə edəcək.
Fransalı müdafiəçi özü isə Səudiyyə Ərəbistanında mükafatlarla birlikdə illik 19,5 milyon avro qazanacaq. Razılaşmanın yaxın saatlarda açıqlanması gözlənilir.
Qeyd edək ki, Teo "Milan"da 6 mövsüm oynayıb. 27 yaşlı futbolçu bu müddət ərzində 234 oyunda 34 qol və 45 ötürmə ilə yadda qalıb.
İdman.biz