"İnter Mayami"nin futbolçusu Lionel Messi karyerasında 68-ci dəfə cərimə zərbəsindən fərqlənib.
İdman.biz xəbər verir ki, argentinalı ulduz klublararası dünya çempionatında dəqiq zərbə ilə topu "Portu"nun qapısından keçirib.
Bu qol sayəsində 2:1 hesabı ilə qalib gələn ABŞ təmsilçisi vacib üç xal qazanıb. Messi cərimə zərbəsindən vurulan qol sayında Peleyə bir az da yaxınlaşıb. İkinci pillədə qərarlaşan braziliyalının hesabında 70 top var. Onun həmyerlisi Jununyo isə 77 cərimə zəbəsi qolu ilə cədvələ başçılıq edir.
Cərimə zərbəsindən ən çox qol vuran futbolçular - TOP-10
1. Juninyo (Braziliya) — 77
2. Pele (Braziliya) — 70
3. Lionel Messi (Argentina) — 68
4. Ronaldinyo (Braziliya) — 66
5. Viktor Leqrotalye (Argentina) — 66
6. Devid Bekhem (İngiltərə) — 65
7. Kriştiano Ronaldo (Portuqaliya) — 64
8. Ziko (Braziliya) — 62
9. Dieqo Maradona (Argentina) — 62
10. Rocerio Seni (Braziliya) — 61
İdman.biz