"Bavariya"dan Leroy Saneni transfer edən "Qalatasaray" bu komandanın daha 4 futbolçusu ilə maraqlanır.
İdman.biz xəbər verir ki, Türkiyə çempionu Saşa Boe, Leon Qoretska, Kim Mun Ji və Kinqsli Komanı heyətinə cəlb edə bilər.
Bu futbolçular növbəti mövsümdə Münhen klubunun planlarında daxil deyil. "Qalatasaray" Sanedən sonra onlarla da təmas qurub. Hələlik, müsbət nəticələr əldə olunmasa da, Çempionlar Liqasında çıxış edəcək komandanın məqsədinə nail olacağı gözlənilir.
Qeyd edək ki, Leroy 2 gün əvvəl "Qalatasaray"la 3 illik müqavilə imzalayıb.
İdman.biz