"Barsa" və "Monako" Ansu Fati məsələsində anlaşa bilməyib

Xəbərlər
13 İyun 2025 01:48
35
"Barsa" və "Monako" Ansu Fati məsələsində anlaşa bilməyib

"Monako"nun Ansu Fati üçün "Barselona"ya ilk təklifi qəbul olunmayıb.

İdman.biz xəbər verir ki, İspaniya mətbuatı tərəflərin futbolçunun maaşı ilə bağlı ortaq məxrəcə gələ blmədiklərini yazıb.

Ansu Fatini bir illik icarəyə götürmək istəyən Knyazlıq onun maaşının bir hissəsini ödəmək istəyib. Amma bu təklif "Barselona"nı qane etməyib. Kataloniyalılar mövsümün sonunda "Monako"nun 12 milyon avro ödəməklə Fatinin transferini həyata keçirməsini arzulayırlar. Bundan başqa, "Barselona" Ansunin növbəti satışından yüksək faiz əldə etmək istəyir.

Qeyd edək ki, 22 yaşlı hücumçu başa çata mövsümdə La Liqada 6 oyunda meydana çıxsa da fərqlənə bilməyib.

İdman.biz