Tomas Frank "Tottenhem"lə 3 illik müqavilə imzalayıb

Xəbərlər
12 İyun 2025 23:59
41
Tomas Frank "Tottenhem"lə 3 illik müqavilə imzalayıb

Avropa Liqasının qalibi "Tottenhem" Tomas Frankın baş məşqçi vəzifəsinə təyinatını rəsmiləşdirib.

İdman.biz xəbər verir ki, London klubunun rəsmi saytı bu barədə məlumat yayıb.

Danimarkalı mütəxəssislə 2028-ci ilin yayına kimi müqavilə imzalanıb. "Tottenhem" danimarkalı mütəxəssisin rəhbərlik etdiyi "Brentford"a 11,9 milyon avro kompensasiya ödəyib. O, 2018-ci ildən "arılar"a başçılıq edib.

Qeyd edək ki, "Tottenhem" mövsümün sonunda Ange Postekoqlu ilə yollarını ayırıb. Komanda Avropa Liqasının qalibi olsa da, İngiltərə Premyer Liqasında 38 xalla 17-ci pillədə başa vurub.

İdman.biz