Almaniyanın “Bavariya” klubu Bundesliqa tarixində yeni məhsuldarlıq rekordu müəyyənləşdirib.
İdman.Biz “Opta”ya istinadla xəbər verir ki, 14-cü turda “Maynz”la 2:2 hesablı heç-heçə başa çatan oyunda Münhen təmsilçisi mövsümdə vurulan qolların sayını 50-yə çatdırıb.
Bundesliqa tarixində indiyədək heç bir komanda bu qədər qısa müddətdə belə göstəriciyə nail olmayıb.
Hazırda “Bavariya” rəqib qapılarından 51 top keçirib, öz qapısında isə 11 qol görüb. Vensan Kompaninin rəhbərlik etdiyi kollektiv 14 turdan sonra 38 xal toplayaraq turnir cədvəlinin lideridir.
“Bavariya” növbəti turda, dekabrın 21-də səfərdə “Haydenhaym”la qarşılaşacaq.
