Bu gün Misli Premyer Liqasının 15-ci turunun oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, tura Şamaxı şəhər stadionunda start veriləcək.
“Zirə” 27 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alıb. 17 xala malik “Şamaxı” isə yeddincidir.
Misli Premyer Liqası
İkinci dövrə, 15-ci tur
13 dekabr (şənbə)
14:00. “Şamaxı” - “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı şəhər stadionu
Qeyd edək ki, 15-ci tura dekabrın 15-i yekun vurulacaq.
