Norveç dünya çempionatının oyunları zamanı pivə satışına icazə verəcək

Xəbərlər
15 Dekabr 2025 11:40
83
Norveç dünya çempionatının oyunları zamanı pivə satışına icazə verəcək

Norveçdə hakimiyyət futbol üzrə Dünya Çempionatı 2026-nın oyunları günlərində, gecə yarısı pivə satışına icazə verəcək.

İdman.Biz xarici KİV-lərə istinadən xəbər verir ki, hazırda Norveçdə gecə yarısı spirtli içkilərin satışı qadağandır.

Lakin futbol üzrə dünya çempionatına vəsiqə qazanan futbol üzrə Norveç millisinin oyunlarına görə qadağa yumuşaldılacaq.

Qərar azarkeşlər arasında müsbət qarşılanıb və stadionlardakı atmosferi daha da canlandıracağı gözlənilir.

Hökumət bildirib ki, bu istisna yalnız dünya çempionatı dövrü üçün tətbiq olunacaq.

Qeyd edək ki, ötən ay İtaliya millisi üzərində qazanılan qələbədən sonra Norveç 1998-ci ildən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanıb.

İdman.Biz

Məqalədə: