Madridin “Real” klubu 20 yaşlı yarımmüdafiəçi ilə maraqlanır

Xəbərlər
15 Dekabr 2025 11:10
62
Madridin “Real” klubu 20 yaşlı yarımmüdafiəçi ilə maraqlanır

“Real”(Madrid) İngiltərənin “Kristal Palas” klubunda çıxış edən Adam Uortonla maraqlanan klublar sırasındadır.

İdman.Biz xəbər verir ki, bu barədə “Guardian Sport” nəşri məlumat yayıb.

London təmsilçisi 20 yaşlı yarımmüdafiəçini 80 milyon funt sterlinqdən aşağı qiymətləndirmir.

Adam Uorton mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir və oyun quruculuğu, ötürmələrdə dəqiqliyi ilə seçilir.

Gənc futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında stabil çıxışı ilə bir sıra Avropa nəhənglərinin diqqətini cəlb edib.

İdman.Biz

Məqalədə: