"Fənərbaxça"da gözlənilməz ayrılıq - Mourinyo vəzifəsində qalacaq

Xəbərlər
11 İyun 2025 21:14
35
"Fənərbaxça"da gözlənilməz ayrılıq - Mourinyo vəzifəsində qalacaq

Acun Ilıcalı "Fənərbaxça"nın İdarə Heyətindən ayrılıb.

İdman.biz xəbər verir ki, bununla bağlı İstanbul klubundan rəsmi açqlama yayılıb.

Ilıcalı istefası ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib: ''İdarə Heyətindəki fəaliyyətim ərzində zaman-zaman çətinliklər yaşasam da, bu vəzifə mənim üçün böyük bir şərəf idi. Tənqidlər aldım, dəstək gördüm, mübarizə apardım. Amma heç vaxt bunu unutmadım: Burada hər şey Fenerbahçe üçün idi".

Qeyd edək ki, Acunun istefasından sonra "Fənərbaxça"nın növbəti mövsümdə Joze Mourinyo ilə yola davam edəcəyi xəbərləri yayılıb.

İdman.biz