"Mançester Yunayted" "Barselona"nın qapıçısı ilə maraqlanır

Xəbərlər
10 İyun 2025 21:20
36
"Mançester Yunayted" "Barselona"nın qapıçısı ilə maraqlanır

"Mançester Yunayted" "Barselona"dan ayrılması gözlənilər Mark-Andre ter Ştegenlə maraqlanır.

İdman.biz xəbər verir ki, "qırmızı şeytanlar" ümidləri doğrultmayan Andre Onanaya əvəzedici axtarırlar.

"Barselona"nın rəhbərliyi ilə fikir ayrılığına görə 33 yaşlı qolkiperin satışı gündəmə gəlib. Artıq Ştegenə komandanın gələcək planlarına daxil olmadığı məlumatı verilib.

Qeyd edək ki, almaniyalı qapıçı 2014-cü ildən "Barsa"da çıxış edir. Mark-Andrenin klubla 2028-ci ilin yayına kimi müqaviləsi var.

İdman.biz