İspaniya La Liqasının 16-cı turunda “Selta” doğma meydanda “Atletik”lə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, Viqoda keçirilən oyunda hesab ikinci hissədə açılıb.
Matçın 48-ci dəqiqəsində Uillot Svedberq “Selta”nı irəli çıxarıb. Cəmi yeddi dəqiqə sonra Cons El-Abdellaui fərqi iki topa çatdıraraq görüşün taleyini həll edib.
Bu nəticədən sonra “Selta” turnir cədvəlində 22 xalla səkkizinci pilləyə yüksəlib. “Atletik” isə 23 xalla yeddinci yerdə qərarlaşıb.
