Almaniya Bundesliqasının 14-cü turunda “Bavariya” doğma meydanda “Maynz”la heç-heçə edib.
İdman.Biz xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Oyunda hesabı 29-cu dəqiqədə 17 yaşlı yarımmüdafiəçi Lenart Karl açaraq “Bavariya”nı önə çıxarıb. Lakin ilk hissənin sonuna əlavə olunmuş dəqiqələrdə “Maynz”ın müdafiəçisi Katsper Potulski tarazlığı bərpa edib.
İkinci hissədə Li Ce Sonun 67-ci dəqiqədə vurduğu qol qonaqları hesabda önə keçirib. “Bavariya” məğlubiyyətdən yalnız oyunun sonlarında xilas ola bilib. 87-ci dəqiqədə Harri Keyn penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra “Maynz” xallarının sayını 7-yə çatdırsa da, Bundesliqa cədvəlinin sonuncu pilləsində qalıb. “Bavariya” isə 14 turdan sonra 38 xalla liderliyini qoruyur və ikinci yerdə qərarlaşan komandadan 9 xal irəlidədir.
