Türkiyə Super Liqasının 16-cı turunda Trabzonda gərgin qarşılaşma olub.
İdman.Biz xəbər verir ki, “Trabzonspor” doğma meydanda “Beşiktaş”ı qəbul edib və qarşılaşma 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.
Oyun qonaqlar üçün yaxşı başlayıb. Matçın 31-ci dəqiqəsinə kimi qapılara dörd qol vurulub və hesab 1:3 “Beşiktaş”ın xeyrinə olub. Lakin 38-ci dəqiqədə El Bilal Turenin qırmızı vərəqə alması oyunun gedişatını dəyişib. Bundan sonra meydan sahibləri say üstünlüyündən maksimum yararlanıblar.
İkinci hissədə tam üstün oyun nümayiş etdirən “Trabzonspor” ardıcıl qollarla hesabı bərabərləşdirib. Ümumilikdə 34 zərbə ilə hücum edən Trabzon təmsilçisi məğlubiyyətdən qaça bilib.
Bu nəticədən sonra “Trabzonspor” 35 xalla turnir cədvəlində ikinci sırada qərarlaşıb. “Beşiktaş” isə 26 xalla beşincidir.
