İngiltərə Premyer Liqası: “Brentford” evdə “Lids”lə heç-heçə etdi

Xəbərlər
14 Dekabr 2025 23:48
39
İngiltərə Premyer Liqası: “Brentford” evdə “Lids”lə heç-heçə etdi

İngiltərə Premyer Liqasının 16-cı turunda “Brentford” doğma meydanda “Lids”i qəbul edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Meydan sahiblərinin qolunu Cordan Henderson vurub. “Lids”in yeganə qolu isə Dominik Kalvert-Lyuyinin adına yazılıb.

Turnir cədvəlində “Brentford” 20 xalla 14-cü pillədə qərarlaşıb. “Lids” isə 16 xalla 17-ci sıradadır.

Növbəti turda “Brentford” səfərdə “Vulverhempton”la qarşılaşacaq, “Lids” isə öz meydanında “Kristal Palas”ı qəbul edəcək.

İdman.Biz