Fransa yığması 1969-cu ildən sonra ilk dəfə qapısından 5 top buraxıb.
İdman.biz xəbər verir ki, "üçrənglilər" Millətlər Liqasının yarımfinalında İspaniyaya 4:5 hesabı ilə uduzublar.
56 il bundan əvvəl fransalılar İngiltərə yığması ilə görüşdə ağır məğlubiyyətə uğramışdılar. "Uembli"də keçirilən qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, İspaniya ilə görüşdə 1:5 hesabı ilə geri düşən Fransa sona yaxın fərqi minimuma endirə bilib.
İdman.biz