Özbəkistan yığmasından tarixi nəticə - DÇ-2026-ya vəsiqə

Xəbərlər
5 İyun 2025 22:10
59
Özbəkistan yığmasından tarixi nəticə - DÇ-2026-ya vəsiqə

Futbol üzrə Özbəkistan yığması dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

İdman.biz xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsinin Asiya zonasında uğurlu çıxış edərək bu hüququ qazanıb.

Özbəklər 9-cu turda BƏƏ yığması lə 0:0 hesabı ilə heç-heçə oynayıblar. Bu nəticə onlara adıçəkilən komandanı 4 xal qabaqlamaq imkanı verib. Son turun nəticəsindən asılı olmayaraq, Özbəkistan yığması 2-ci yeri özü üçün təmin edib.

Qeyd edək ki, DÇ-2026 turnirinə ABŞ, Meksika və Kanada evsahibliyi edəcək.

İdman.biz