Mourinyo La Liqada hakim təyinatları ilə bağlı narazılığını gizlətmədi

13 Oktyabr 2026 23:39
75
Mourinyo La Liqada hakim təyinatları ilə bağlı narazılığını gizlətmədi

Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo İspaniya La Liqasında hakimliklə bağlı fikirlərini bölüşüb.

İdman.Biz “Marca” nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Çempionlar Liqasındakı növbəti qarşılaşma ərəfəsində ölkə çempionatında hakim təyinatlarının açıqlanma qaydasını tənqid edib.

“Deməyə sözüm yoxdur. İndi bizi Çempionlar Liqasında oyun gözləyir. Yalnız bir şey deyəcəyəm: sizi “Vilyarreal”la matçın ilk dəqiqəsinə baxmağa dəvət edirəm. Təkcə həmin dəqiqəyə baxmağınız kifayətdir. Sonrasına baxıb-baxmamaq öz istəyinizdir.

Əgər məndən futbolçularımın La Liqada özlərini sıxılmış hiss edib-etmədiklərini soruşsanız, bunun səbəbsiz olmadığını deyərəm. Mən həm Avropada, həm də ölkə çempionatında oyunlardan əvvəl bütün hakimlərə etibar edirəm.

Mənə qəribə gələn odur ki, hakimlərin kimliyi üç həftə əvvəldən məlum olduğu halda, onların adları matça cəmi 24 saat qalmış açıqlanır. Görürəm ki, açıq-aşkar məsələlərlə bağlı tənqidlər kifayət qədər birbaşa səsləndirilmir”, - deyə Mourinyo bildirib.

Qeyd edək ki, La Liqanın səkkizinci turunda “Real” səfərdə “Vilyarreal”ı 1:0 hesabı ilə məğlub edib. Qarşılaşmanın 74-cü dəqiqəsində Madrid təmsilçisinin hücumçusu Vinisius Junior qırmızı vərəqə alaraq meydandan qovulub.

İdman.Biz